Aftandil İsrafilov 24 yanvar 1941-ci ildə Bakıda anadan olub.
O, 1961-ci ildə Politexnik İnstitutunun (hazırda Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib. Peşəkar qarmon ifaçısı müxtəlif illərdə nəhəng sənətkarlarla birlikdə işləyib. Sənətçiyə kino sahəsində çalışmaq da qismət olub. Belə ki, o, rejissor Rasim Ocaqovun “Ad günü” filmində ifa etdiyi “Nazilə” rəqsi ilə böyük şöhrət qazanıb.
1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 1982-ci ildə qarmon ifaçıları arasında Əməkdar artist adını alan ilk sənətçi olub.
29 aprel 2023-cü il tarixində vəfat edən Xalq artisti “Kəmalə” rəqsinin sədaları altında İkinci Fəxri Xiyabanda dəfn olunub.