top
Acığa tikilən, tarixdə qalan, iki məzhəbi birləşdirən Göy məscid
06 mart 2025, 15:00
- +

Acığa tikilən, tarixdə qalan, iki məzhəbi birləşdirən Göy məscid

Göy məscidi 1912–1913-cü illərdə Bakının tanınmış xeyriyyəçisi Əjdər bəy Aşurbəyov tikdirib. Memarlıq üslubuna görə, simvolik görünüşə malik, həm Kərbəladakı məscidi, həm Məkkədəki Kəbə evini xatırladan bu məscidin memarı görkəmli şəxsiyyət Zivər bəy Əhmədbəyov olub.

İki məzhəbin bir yerdə namaz qıldığı məkan

Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi də adlandırılıb. Bunun səbəbi isə çox gözəl bir məqsəddir. Əjdər bəy Aşurbəyov məscidi tikdirərkən bura gələn İslam dininin hər iki məzhəbindən olan insanların – şiə və sünnilərin heç bir maneə olmadan birlikdə namaz qılması kimi bir məramı olub. Bura müsəlmanların birlikdə namaz qıldıqları yeganə məkan olub. Və elə buna görə də məscid həm də “İttifaq” adlandırılıb. “Göy məscid” adı isə tikilinin günbəzinin göy rəngdə olması ilə əlaqədar idi. Əjdər bəy rəhmətə getdikdən sonra məscidə onun adı da əlavə olunur. Qeyd edək ki, onu məscidin girişində dəfn ediblər.

“Gedin, özünüz bir məscid tikdirin” – məscidin tikilmə tarixçəsi

Məscidin tikilmə tarixçəsi çox maraqlıdır. Nəsillərdən-nəsillərə keçən bu hekayəyə görə, Bakı xeyriyyəçisi Nabat xanım Xocabəy qızı Rzayeva (Aşurbəyli) Təzəpir məscidini tikdirməyə başladıqda qardaşı Əjdər bəy ona maddi köməklik göstərmək istəyir. Nabat xanım isə yardımdan imtina edərək, cavabında, “əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin”, – deyib. Əjdər bəy Aşurbəyov 1905-ci ildə məscid tikdirmək qərarına gəlir və indiki Göy məscidin əsası qoyulur. 1913-cü ildə tikinti işləri yekunlaşır və o, istifadəyə verilir.

Repressiyaya təkcə insanlar deyil, məscid də məruz qaldı

Sovet hakimiyyəti illərində təkcə insanlar deyil, həmçinin dini məkanlarımız da repressiyadan əziyyət çəkiblər. Onlardan biri elə Göy məscid olub. Belə ki, onu bağlayıblar, hətta Böyük Vətən müharibəsi illərində müxtəlif məqsədlər üçün məkan kimi istifadə ediblər. Müharibə bitdikdən sonra Bakıda yaşayan müsəlman tatarlar məscidin yenidən ibadət məkanına çevrilməsi üçün müraciət ediblər. Və ondan sonra onların müraciətinə müsbət cavab verilir və məscid yenidən müsəlmanların üzünə açılır.

3000 insan eyni zamanda ibadət edə bilər – yenidən qurulan Göy Məscid

Azərbaycan Prezidenti İlham Əliyev Əjdərbəy məscidinin bərpası məqsədilə sərəncamlar imzalamış, 2007-ci ilin aprel ayından başlayan təmir-bərpa işləri 2011-ci ilin dekabrında başa çatıb və məscidin Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olub.
Hazırda məsciddə eyni anda ümumilikdə 3000-ə yaxın insan ibadət edə bilər. Ümumi sahəsi 4 min kvadratmetr olan məscidin həyətində ibadət üçün xüsusi sahə də ayrılıb.

Baki-baku.az

Xanım Aydın

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər