top
Abşeronda “təndirxana dələduzluğu”
31 may 2025, 16:54
- +

Abşeronda “təndirxana dələduzluğu”

Abşeronda təndirxana almaq istəyən vətəndaş dələduzluqla üzləşib.

Qaynarinfo.az xəbər verir ki, zərərçəkən E.Məhərrəmliyə qarşı dələduzluğu Nəbi adlı makler edib.

Makler başqa bir şəxsə məxsus olan və 38 000 manata satmaq üçün ona etibar edilən təndirxananı aşağı qiymətə - 22 000 manat satmaq istəyib. Hətta bunun üçün E.Məhərrəmlidən 3300 manat beh də alıb. Zərərçəkmiş təndirxananın sahibinin başqa şəxs olduğunu bildikdə onunla danışmaq istəyib. Nəhayət, bu danışıq baş tutub. Təndirxananın sahibi obyektin qiymətinin 38 000 manat olduğunu, bundan aşağı qiymətə satmadığını bildirərək maklerə verdiyi behi geri almasını tövsiyyə edib.

Lakin E. Məhərrəmli verdiyi puldan yalnız 1300 manatı geri alıb. Məlum olub ki, yerdə qalan pulu makler şəxsi ehtiyaclarına xərcləyib.

Bu baxımdan, o, polisə şikayət edib. Makler saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb. Makler verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, təndirxananın qiyməti baha olduğu üçün sata bilməyib.  Bu baxımdan, o, obyekti aşağı qiymətə satmaq istəyib. Sadəcə bu barədə təndirxananın sahibinə məlumat verməyib. O deyib ki, təndirxananın sahibi ona satmaq üçün iki obyekt etibar edib. Düşünüb ki, digər obyekti baha qiymətə satmaqla təndirxananın ucuz satılmasını kompensasiya edə bilər.

Dəymiş zərərin qaytarılmamasına gəlincə, təqsirləndirilən şəxs bunu maddi imkansızlığı ilə izah edib.

Məhkəmə verilmiş ittiham üzrə Nəbi adlı makleri təqsirli bilib. Ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesablanmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər