Bu gün Bakı şəhər Xətai rayonu ərazisində ağır qəza baş verib.
Avtosfer.az xəbər verir ki, 8 Noyabr prospektində HAVAL və “Hyundai” markalı maşınlar toqquşub. Avtomobillərdən biri daha sonra prospektlə hərəkət edən üçüncü maşına çırpılıb.
Qəza nəticəsində hər üç avtomobilə ciddi maddi ziyan dəyib. Ərazidə qəza səbəbilə nəqliyyatın hərəkətində problemlər yaranıb. Hadisə yerinə polis və sığorta əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.