top
8 illik müalicələrdən sonra valideyn olmuşduq, bunlara görə balamızı itirdik - Perinatal işi
28 aprel 2025, 12:31
- +

8 illik müalicələrdən sonra valideyn olmuşduq, bunlara görə balamızı itirdik - "Perinatal işi"

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin yanvarında Respublika Perinatal Mərkəzində 7 körpənin ölməsiylə nəticələnən yanğınla bağlı məhkəmə işi davam edir. 

Qaynarinfo.az xəbər verir ki, məhkəmə qarşısında Mərkəzin keçmiş direktoru Mehriban Abbasquliyeva və şöbə müdirləri dayanıb. Onların hər biri ev dustaqlığındadır. Bu iş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır.

Aprelin 28-də keçirilən məhkəmə iclasında zərərçəkənlər dindirilib. Məhkəmə əvvəlcə Elvin Nəcəfovun ifadəsini alıb. Nəcəfov mühafizə polisinin əməkdaşıdır, Respublika Perinatal Mərkəzində də həmin vəzifədə işləyib. O, bildirib ki, hadisə günü növbədə olub. Xəstəxananın 4-cü mərtəbəsində başlayan yanğından qeydiyyat bölməsinin Gülbahar adlı əməkdaşından xəbər tutub və ora gedib. "Küvəzlər olan otaq yanırdı. Bir küvəz alışmışdı. Əvvəlcə su ilə söndürməyə çalışdım, sonra yanğınsöndürən balonları götürdüm. 6 uşaq xilas edə bildim", deyən zərərçəkən təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını da vurğulayıb.

Zərərçəkən Vaqif Abdullayev isə ifadəsində göstərib ki, həmin gün həyat yoldaşını xəstəxanaya yerləşdirərək rayona qayıdıb. Həyat yoldaşı zəng vuraraq yanğın başladığını bildirəndə nə edəcəyini bilməyib: "Əlim şəhərdə yaşayan anama çatdı. Zəng vurdum, dedim, xəstəxana yanır. Anam və başqa qohumlarım özlərini ora çatdırıb. Rayondan birbaşa Mərkəzə qayıtdım. Öyrəndim ki, yoldaşımı və körpəmi ayrı-ayrı xəstəxanalara yerləşdiriblər. 8 illik müalicələrdən sonra övlad sahibi olmuşdu, bunlara görə balamızı itirdik. Hələ də özümüzə gələ bilməmişik. Əlbəttə ki, şikayətçiyəm, cəzalandırılmalarını tələb edirəm".

Zərərçəkən Nəzrin Qurbanova da yanğın nəticəsində körpəsini itirib. O, məhkəmədə bunları deyib: "Hadisədən 3-4 gün öncə evə buraxıldım. Lakin övladımın səhhətində ağırlaşma olduğu üçün buraxmadılar. Onu ziyarətə gələndə otaqda görmədim. Elə bildim bölməni dəyişiblər. Sonradan övladımın otağının yanğın baş verən otağa dəyişdirildiyini öyrəndim. Yanğın zamanı övladım xəsarət alaraq ölüb. Təqsirləndirilən şəxslərin qanun çərçivəsində cəzalandırılmasını istəyirəm".

Zərərçəkən Aynurə Əhmədova Mərkəzdə təmizlikçi işləyirmiş. Yanğın başlayanda 4-cü mərtəbədəki qışqırıq səsləri eşidib və ora gedib: "Tibb bacıları və digər xadimə ilə vedrələrlə su daşıyırdıq ki, yanğını söndürək. Yanğın elektrik yuvasından başladı və biz ora su töküb söndürməyə çalışdıq. Yanğın pərdə vasitəsi ilə yayıldı və sonra küvəzlərə keçdi. Sonra yanğın baş verən otaqdan uşaqları çıxarıb aşağı mərtəbəyə apardıq. 15 uşağı mən özüm ikinci mərtəbəyə aparıb təhvil vermişəm. Mərtəbədə bircə yanğınsöndürmə balonu var idi".

Zərərçəkənlər dindiriləndən sonra hakim növbəti məhkəmə iclasını mayın 19-na təyin edib.

Respublika Perinatal Mərkəzdəki yanğın hadisəsi ötən il yanvarın 9-da baş verib. Nəticədə Yenidoğulmuşların intensiv terapiya şöbəsində küvəzdəki yenidoğulmuşlar ölüb.

İstintaq orqanı tərəfindən Mehriban Abasquliyevaya qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayevə və Elnur Əhmədliyə qarşı Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər