top
5 gündür su olmayan ərazidə növbəti qəza - FOTO
17 iyul 2025, 14:22
- +

5 gündür su olmayan ərazidə növbəti qəza - FOTO

Bakının Binəqədi rayonunun Zəngəzur küçəsində günlərdir ki, su yoxdur. Problemin ötən gün həll olunacağı ilə bağlı məlumat verilsə də, ərazidəki işlər hələ də yekunlaşmayıb.

Bu barədə vətəndaşlar qafqazinfo.az-a yenidən müraciət ediblər. Sakinlərin sözlərinə görə, ötən gündən gözləsələr də, nəticə olmayıb. Artıq 5 gündür ki, isti yay günlərində vətəndaşlar susuz qalıblar.

Bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə növbəti dəfə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, sözügedən ərazidə ikinci qəza baş verib: “Paytaxtın bəzi ərazilərində su təchizatını həyata keçirən infrastruktur üzərində tikintilərin yerləşməsi acınacaqlı vəziyyət yaradır. Belə hallardan biri Binəqədi rayonu M.S.Ordubadi küçəsində baş verib. 14.07.2025-cil tarixində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq sukanal idarəsinə "955" Çağrı Mərkəzindən daxil olan məlumat əsasında hadisə yerinə gedən qəza xidməti qəzanın 1400 mm diametrli Kür-1 magistral su kəmərinin üzərində tikilən vətəndaşa məxsus həyatyanı sahə ilə evin mühafizə hasarının arasında baş verdiyini aşkarlayıb.

Qazıntı işləri aparılan zaman evin bünövrəsinin zədələnməməsi üçün xəttə verilən su dayandırılıb, xəttin içərisində olan su tamamilə təxliyə olunaraq borunun daxili hissəsində qaynaq işləri aparılıb. Təbii ki, belə bir vəziyyətdə qəzanın aradan qaldırılması müddəti də uzanır.

Buna baxmayaraq, magistral xətdə baş verən qəza Xidmətin əməkdaşlarının səyi nəticəsində dünən tam aradan qaldırılsa da, evlərin məhz xəttin üzərində tikilməsi səbəbindən şəbəkənin digər bir hissəsində yenidən qəza baş verib. Hazırda müvafiq olaraq təmir və bərpa istiqamətində işlər davam etdirilir.

Magistral xətlərin üzərində qanunsuz tikintilərin olması su təchizatının idarə olunmasına ciddi əngəllər yaradır. Belə tikililər infrastrukturun sıradan çıxmasına səbəb olur”.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər