Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq! Gəlin, növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək!
İyun 30-dan iyulun 6-na qədər bütün bürclər üçün ətraflı ulduz falı:
QOÇ bürcü
Risk etmək – uçurumdan tullanmaq, qanadları isə uçuşda açmaq deməkdir. Bu həftə çoxdan arzuladığınız məsələni həyata keçirin, özünüzə güvənin – həftə imkanlarla dolu olacaq. QOÇ bürcünün bir çox nümayəndəsi fəaliyyət sahəsini dəyişmək, yaxınlarından dəyərli hədiyyə almaq və ya yeni romantik münasibətlərə başlamaq şansı əldə edəcək. Həftəiçi diqqət mərkəzində olacaqsınız, hər kəs sizi izləyəcək – cazibəniz insanları valeh edəcək. Çox adam sizinlə münasibət qurmaq istəyəcək.
Uğurlu günləriniz 1, 3 iyul, uğursuz gününüz isə 4 iyuldur.
BUĞA bürcü
Ciddi münasibətə hazır olmayan Buğa kişilərini sürpriz gözləyir – qarşınıza ürəyinizi fəth edəcək biri çıxacaq. Bu münasibət çox ideal və uğurlu ola bilər. Həyatınızda paxıllıq edənlər çoxdur, ancaq narahat olmayın – sizi yıxmağa çalışsalar da, bacarmayacaqlar. Həftəsonu əsəbi və yorğun ola bilərsiniz, mütləq istirahət edin.
Uğurlu günləriniz 30 iyun, 2 iyul, uğursuz gününüz isə 5 iyuldur.
ƏKİZLƏR bürcü
Şəxsi münasibətlərdə hisslərinizi gizlətməyin – kimdənsə xoşunuz gəlirsə, bunu etiraf edin. Əks halda, şans əldən gedə bilər. Valideynlərinizlə vaxt keçirməyi unutmayın. Tətil və istirahət üçün ideal zamandır. Həftənin sonunda iş axtaran Əkizlər yaxşı fürsət əldə edəcək, işləyənlər isə aktivlikləri ilə rəhbərliyin rəğbətini qazanacaqlar.
Uğurlu günləriniz 2, 4 iyul, uğursuz gününüz isə 30 iyundur.
XƏRÇƏNG bürcü
Bu həftə sevgi əskikliyi hiss edə bilərsiniz. Bu hissin səbəbi sevdiklərinizə az diqqət ayırmağınızdır. Amma maliyyə baxımından şanslı olacaqsınız – gözləmədiyiniz yerdən iş və ya gəlirli təklif ala bilərsiniz. Həftənin sonunda dost və düşməni ayırd edəcəksiniz – kiminsə sizə zərər verməyə çalışdığını anlaya bilərsiniz. Vaxtında tədbir görsəniz, heç bir zərər olmayacaq.
Uğurlu günləriniz 30 iyun, 1 iyul, uğursuz gününüz isə 3 iyuldur.
ŞİR bürcü
Həftənin əvvəli işgüzar danışıqlar və planlar üçün çox əlverişli olacaq. Amma həftənin sonunda səfərləri təxirə salmaq yaxşıdır – uğursuzluq riski yüksəkdir. Sevgilinizlə münasibətləriniz daha da möhkəmlənəcək. Sağlamlığınıza diqqət edin, çünki həssassınız – stress və gərginlikdən uzaq durun. Həftəsonu gözlənilməz dəyişikliklər olacaq, amma nəticəsi yaxşılığa doğru olacaq.
Uğurlu günləriniz 2, 4 iyul, uğursuz gününüz isə 1 iyuldur.
QIZ bürcü
Bu həftə özünüzü şah kimi hiss edəcəksiniz! Həftənin ortasında xırda problemlər sizi sarsıda bilər, amma sonlarına doğru vəziyyət yaxşılaşacaq. Tələbələr və məzunlar çoxdan gözlədiyi xəbəri alacaqlar. Pul qazanmaq üçün yeni imkanlar yaranacaq – uğurlu əməkdaşlıqlar mümkündür.
Uğurlu günləriniz 5, 6 iyul, uğursuz gününüz isə 4 iyuldur.
TƏRƏZİ bürcü
Subay Tərəzilərin yeni münasibət qurması üçün uyğun zaman deyil. Ulduzlar ideal partnyoru gələcək üçün saxlayıb. Egoist davranışlardan çəkinin. Həftəsonu səfər və istirahət məsləhətdir. Münasibətlərdə soyuqluq və anlaşılmazlıq yarana bilər – hər şeyi sakit şəkildə həll etməyə çalışın. Maliyyə ilə bağlı problemlər yarana bilər, amma israf etməsəniz, bunun qarşısını alarsınız.
Uğurlu günləriniz 30 iyun, 3 iyul, uğursuz gününüz isə 5 iyuldur.
ƏQRƏB bürcü
Sevgi, iş və ya alış-veriş sahəsində çətin seçim qarşısında qala bilərsiniz. Vaxt az olsa da, altıncı hissiniz sizi doğru qərara yönəldəcək. Tənbəl Əqrəblər rəhbərliyin narazılığı ilə qarşılaşa bilər. Həftəsonu sağlamlığınıza diqqət edin – pəhriz və idman üçün yaxşı zamandır.
Uğurlu günləriniz 4, 5 iyul, uğursuz gününüz isə 1 iyuldur.
OXATAN bürcü
Həyat sizi sınağa çəkəcək – işlər istədiyiniz kimi getməsə də, təslim olmayın. Bu çətinlikdən sonra uğur gələcək. Maliyyə cəhətdən artım mümkündür. Həftənin ortasında tək qalmaq və sakit mühitdə düşünmək faydalı olacaq. Romantik münasibətlərdə hədiyyələr və sürprizlər əlaqəni gücləndirəcək. Subay Oxatanlar üçün həftənin sonu sevgi baxımından şanslı olacaq.
Uğurlu günləriniz 1, 3 iyul, uğursuz gününüz isə 30 iyundur.
OĞLAQ bürcü
Həftənin sonuna qədər maliyyə baxımından yaxşı gəlir əldə edə bilərsiniz – bu zəhmətinizin nəticəsidir. Keçmiş sevgilinizlə bağlı bütün xatirələri silmək vaxtıdır, çünki bu, yeni münasibətlərə imkan açacaq.
Yeni biznes və ya təhsil üçün çox uyğun zamandır – həyatınıza yenilik qatın!
Uğurlu günləriniz 4, 5 iyul, uğursuz gününüz isə 2 iyuldur.
DOLÇA bürcü
Bu həftə işlər çox asan olacaq, amma həmkar və rəhbərlə məsləhətləşməkdən çəkinməyin. Tanışlıq üçün əlverişli həftədir – yeni insanlarla maraqlı münasibətlər qurmaq şansınız yüksəkdir. Münasibətdə olan Dolçalar xoş sürprizlərlə qarşılaşacaqlar. Uzun zamandır planlaşdırdığınız layihəyə başlamaq üçün doğru vaxtdır.
Uğurlu günləriniz 5, 6 iyul, uğursuz gününüz isə 1 iyuldur.
BALIQLAR bürcü
Ciddi qərarlar vermək üçün əlverişli həftədir – təxirə saldığınız vacib söhbətləri reallaşdırın. Həftənin əvvəlində maraqlı səfərlər və faydalı tanışlıqlar mümkündür. Həftənin sonunda isə məişət məsələlərinə çox aludə olmayın, bu, lazımsız münaqişələr yarada bilər. Sağlamlığınıza xüsusi diqqət ayırın – həkimə baş çəkməyi uzatmayın.
Uğurlu günləriniz 30 iyun, 4 iyul, uğursuz gününüz isə 6 iyuldur.