8 aprel Bakı metrosunun “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyalarının açılış günüdür.
Bu metrostansiyaları 1989-cu il aprelin 28-də açılıb, bununla da metropoliten xətlərinin uzunluğu 3,3 km artıb.
“Xalqlar Dostluğu” stansiyası orijinal memarlıq üslubu ilə seçilir.
2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunları ərəfəsində stansiyanın keçidləri əsaslı təmir olunub.
Stansiyaya daxil olan qatarlarda bəstəkar Tofiq Quliyevin “Bəxtiyar” filmində səslənən “Əziz dost” mahnısından fraqment səslənir.
“Əhmədli” metrostansiyanın memarlığı sadə, yığcamdır. Lakin bu sadəlikdə stansiyanın yerləşdiyi ərazinin tarixi ilə ahəngdarlığı da var. Bura "Həzi Aslanov" stansiyası istismara verilənə qədər sonuncu idi.
Stansiyaya daxil olan qatarlarda bəstəkar Tofiq Quliyevin "Bakı" mahnısından fraqment səslənir.