Nərimanovda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, Oğuz rayon sakini olan 31 yaşlı Riad Ağayev (ad-soyad şərtidir) 2 il həbs cəzası alıb.
Hadisə ötən ilin sentyabr ayında Ziya Bünyadov prospektində yerləşən binalardan birinin dəhlizində baş verib. Yaxınlıqdakı kollecə sənəd gətirən Riad yol kənarı ilə gedən 11 yaşlı qızı görərək onu təqib edib və pilləkəndə hücum edərək azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib. Qız qışqırandan sonra o, qaçaraq uzaqlaşıb. Həyəcanlı şəkildə evə gedən qız anasına məlumat verib və daha sonra polisə müraciət edib.
Bir gün sonra polislər Riadı işlədiyi şirkətdə tutublar və onun barəsində cinayət işi başlanılıb.