Bakı şəhər Xəzər rayonunda intihar hadisəsi baş verib.
Qafqazinfo.az xəbər verir ki, 1964-cü il təvəllüdlü E.Əliyev yaşadığı Buzovna qəsəbəsindəki evdə dərman həbləri içib.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Sabunçu rayonunda da intihar qeydə alınıb. Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Mirnahid Ağayev yaşadığı Maştağa qəsəbəsindəki evin həyətində özünü asıb.
Hər iki faktla bağlı araşdırma aparılır.