Bakının Pirallahı rayonunda oktyabrın 24-də güləş üzrə dünya çempionu olan idmançı ilə görüş baş tutacaq. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Bakı Şəhəri Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Qonaq qismində yunan-Roma güləşi üzrə 3 qat Dünya, 2 qat Avropa çempionu Eldəniz Əzizli olacaq. O, “Çempionlarımızı tanıyaq” adlı layihə çərçivəsində Pirallahı Rayon Gənclər Mərkəzində sualları cavablandıracaq və uğur hekayəsini danışacaq.
Görüş Bakı Şəhəri Gənclər və İdman İdarəsi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə saat 11:00-da baş tutacaq.
Tədbirdə iştirak ödənişsizdir.