Pirallahı rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 11 noyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
10 noyabr saat 17:00 radələrində 24 yaşlı Ayşən Rəhimovanın əri 29 yaşlı Əsgər Musayev həyat yoldaşının boğazını kəsərək qətlə yetirmişdir. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı cinayət işi açılıb. Ə.Musayev şübhəli şəxs qismində saxlanılıb.