Bakının Pirallahı rayonunda gecə saat 02:00 radələrində 20 yaşlı gənc öldürülüb. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az məlumat verir.
İlkin məlumata görə, 42 yaşlı Ramil Niftəliyev aralarında yaranmış mübahisə zamanı 20 yaşlı Murad Qafarzadəyə çoxsaylı bıçaq zərbələri endirib. Bildirilir ki, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda cinayət işi açılıb. Ramil Niftəliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.