Nərimanov rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Hadisə rayonun Uluqbəy küçəsində baş verib. 48 yaşlı Elşən Nəbiyev aralarında yaranan mübahisə nəticəsində 33 yaşlı Etibar Əliyevi bıçaqla qətlə yetirib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.