Nərimanov rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı 3 dəstənin üzvü olan 6 nəfər saxlanılıb. Onlarda ümumilikdə 14 kiloqram heroin və marixuana aşkar edilib. Saxlanılan şəxslər narkotikləri Məhsun və İsi adlı İran vətəndaşlarından aldıqlarını və paytaxtda narkokuryerliklə məşğul olduqlarını bildiriblər.
Narkotik dövriyyəsinə qarşı mübarizə davam edir.