Bakının 2 rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini təbii qazla təmin edən ortatəzyiqli qaz xəttinin kipliyə sınaq olunması, Nərimanov rayonunuda yeni çəkilmiş yeraltı qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi, eləcə də ortatəzyiqli qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar bir sıra ərazilərdə qazın verilişi dayandırılacaq.
Məhdudiyyət Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini, Nərimanov rayonunun Ziya Bünyadov, Y.V.Çəmənzəminli, Ağa Nemətulla, Ə.Rəcəbli küçələrini əhatə edəcək.