Bakının Pirallahı rayonu, Elmar Nəbiyev küçəsində əsaslı təmir işləri həyata keçirilir. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Yenidənqurma işləri uzunluğu 1,3 km, ortalama eni isə 5 m olan küçədə aparılır.
Əsası torpaq olan ərazidə yararsız qrunt qazılıb, əks-dolğu işləri icra olunub, yol yatağının tikintisi, həmçinin küçənin profilə salınması işləri görülüb.
Bundan əlavə, yağış-kanalizasiya sistemi bərpa edilib, yeni yağış barmaqlıqları quraşdırılıb.
Hazırda küçəyə yeni asfalt-beton örtüyü döşənir.
Sonuncu mərhələdə yolda üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması nəzərdə tutulub.