Pirallahı rayonunda qaz kəsilib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Rayonu qazla təchiz edən xəttin kipliyə sınaq olunması ilə əlaqədar S.Vurğun, Fialetov, K.Rzayev küçələrində, Pirallahının Yeni sahə ərazisində 2000 abonentə qaz verilişi müvəqqəti dayandırılıb. Məhdudiyyət gün ərzində davam edəcək.