Bakının 2 rayonunda işıq kəsilib. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az “Azərişıq”a istinadən xəbər verir.
Nəsimi rayonunda Ceyhun Hacıbəyli, Mirəli Qaşqay, Qulu Quliyev, Mirəsədulla Mirqasımov, Həsən Əliyev, Mövsüm Sənani, Mərdanov qardaşları, Nərimanov rayonunda isə Xan Şuşinski, Hənifə Ələsgərov küçələrində saat 20:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Buna səbəb elektrik yarımstansiyasında gücləndirmə işlərinin həyata keçirilməsidir.