Bakının Nərimanov rayonunda qaz kəsiləcək. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Keşlə qəsəbəsi, H.Əliyev prospekti, 193 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan zaman Atletlər kəndi, “DOST” mərkəzi, “ASAN Xidmət” mərkəzi, Dövlət Neft Fondu, Media kəndi, DİN hospitalı, Əmlak Məsələləri Dövlət Komitəsi, eləcə də H. Əliyev və Z. Bünyadov prospektlərinin bir hissəsində və Böyükşor ərazisində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.