Bakının Nərimanov rayonunda Bakı sakini qarət olunub. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə noyabrın 11-də baş verib. Bakı şəhər sakini olan bir nəfərin içərisində 2500 manatı, sənəd və bank kartları olan pulqabısı oğurlanıb.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Samir Xələfov saxlanılıb. Fakt araşdırılır.