Bakının Nərimanov rayonu, Əliyar Əliyev, 67 ünvanında kanalizasiya suyu daşaraq küçə boyunca ərtafa yayılıb. Bu səbəbdən küçədə hərəkət çətinləşib. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Yaranmış vəziyyət uşaqların məktəbə getməsinə ciddi maneə yaradır.
116 saylı Mənzil Kommunal İstisimar Sahəsinin rəisi Əli Seyidov qeyd edib ki, problemdən məlumatlıdırlar. Onun sözlərinə görə, nasazlığa səbəb boruların köhnə olması və vətəndaşların iri tullantı atmalarıdır.
Nərimanov rayon Sukanal İdarəsindən isə qeyd edilib ki, binanın zirzəmisindəki restoranlara görə xətlər tez-tez tutulur. ''İaşə obyektləri kanalizasiya xəttinə birbaşa qoşulub, yağtutucu qurğular quraşdırmadıqları üçün tez-tez tutulmalar yaranır. Həmin obyekt sahiblərinə belə halın baş verməməsi üçün bir daha xəbərdarlıq ediləcək'', – deyə idarədən qeyd edilib.