Bakının 2 rayonunda qaz kəsiləcək. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Azəriqaz-a istinadən xəbər verir.
Nərimanov rayonunun Ceyhun Hacıbəyli, 22 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Sabunçu rayonunun Maştağa qəsəbəsinə gedən qaz kəmərinin kipliyə sınaq olunması və Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsi, 81 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə bir sıra ərazilərdə qazın verilişi dayandırılacaq.
Məhdudiyyət Nərimanov rayonunun Ceyhun Hacıbəyli, Ülvi Bünyadzadə, Ruhulla Axundov, Bakıxanov, Natiq Şahbazov küçələrini, Sabunçu rayonunun Maştağa qəsəbəsini tam olaraq və Bilgəh qəsəbəsinin bir hissəsini əhatə edəcək.