Sabah Nərimanov rayonunda qaz təchizatında fasilə yaranacaq. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az “Azəriqaz” İB-yə istinadən xəbər verir.
Məhdudiyyət iyulun 27-də saat 10:00-dan işlər bitənə qədər davam edəcək.
Əhməd Rəcəbli küçəsində yeni çəkilmiş PE200 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 700 istehlakçının qaz təchizatında fasilə yaranacaq.