Nərimanov rayonunda növbəti məhəllə əsaslı abadlaşdırılıb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az “İDEA” İctimai Birliyinə istinadən xəbər verir.
Abadlıq işləri rayonun Azadlıq prospekti, 146a, 148a, 150a və Nəcəf Nərimanov, 3 ünvanlarında 750-dən çox sakini əhatə edir.
Aparılan işlər çərçivəsində uşaq və idman meydançaları yaradılıb, 6 ədəd söhbətgah və çoxsaylı oturacaqlar quraşdırılıb. Həmçinin fiziki imkanları məhdud olanların rahat hərəkəti üçün də şərait təşkil edilib.
Bundan əlavə, ərazidə təhlükəsizlik kameraları quraşdırılıb, asfalt və dam örtükləri yenilənib, elektrik sistemi yenidən qurulub, avtomobillər üçün avtodayanacaq yaradılıb. Həyətdə 2540 kv.m əraziyə 388 ədəd müxtəlif növ ağac əkilib, sarmaşan bitkilərlə “yaşıl sədlər” yaradılıb.