Paytaxtın Nərimanov rayonu, İzzət Həsənov küçəsində yaşayış binasının blokunu su basıb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Sakinlərin sözlərinə görə, bir həftədir ki, bloku su basması üfunətə səbəb olub. Gölməçələr binaya giriş-çıxışa maneə törədir.
Şikayətçilər bildirirlər ki, aidiyyəti qurumlara müraciət göndərilsə də, məsələ aradan qaldırılmayıb.