Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində təmir işlərinə start verilib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Yenidənqurma işləri adıçəkilən küçənin Albert Aqarunov küçəsindən Ziya Bünyadov prospektinə qədər olan 910 m-lik hissəsini əhatə edəcək. Küçənin ortalama eni 31 m təşkil edir.
Təmir çərçivəsində küçə boyunca frezlənmə, piyada səkilərinin bərpası işləri davam edir, yararsız səki daşlarının yenilənməsi və piyada panduslarının quraşdırılması işləri aparılır.
Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.