Nərimanov rayonunda küçələrin birində təmir işləri yekunlaşıb. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev küçəsi arasında yerləşən 910 m uzunluğa malik hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.
Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib, piyada səkilərinin, həmçinin yolayrıcının bərpası, yeni səki daşlarının düzülməsi işləri icra olunub. Küçənin sözügedən hissəsinə yeni asfalt-beton örtüyü döşənib.
Sonda yol cizgiləri çəkilib və müvafiq nişanlar quraşdırılıb.