Bu gün, 2 iyul Bakının Nərimanov, Nəsimi, Səbail və Suraxanı rayonlarının qaz təchizatında fasilələr olacaq. Bu haqda Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
İdarədən bildirilib ki, iyulun 2-də saat 10:00-dan təmir işləri başa çatanadək Nərimanov, Nəsimi və Suraxanı rayonlarının bəzi küçələrində, həmçinin Səbail rayonunun Badamdar qəsəbəsində qaz təchizatı dayandırılacaq.