Paytaxtın 2 rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
“Mayak-2” qaz kəmərinin kipliyə sınaq olunması, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində sızmanın aradan qaldırılması, Pirallahı rayonunda daraldıcı qurğuların əvəzlənməsi ilə bağlı qaz təchizatında fasilə yaranacaq.
Məhdudiyyət Pirallahı rayonunu tam olaraq, Xəzər rayonu, Şüvəlan qəsəbəsinin dənizkənarı yaşayış sahəsini, Xətai rayonunun isə Lütfi Zadə küçəsini əhatə edəcək.