Sabah, 18 iyun tarixində Bakının Nərimanov və Nəsimi rayonlarının bir hissəsində suyun verilməsində məhdudiyyətlər olacaq. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən məlumat verir.
Fasilələr gecə saatlarından başlayaraq gün ərzində yaranacaq. Bu, ərazidə yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işlərlə əlaqədardır.