Bakıda ümumi uzunluğu 4,6 kilometr olan 3 küçə təmir edilib. Bu haqda BakuPlus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 6 may tarixində xəbər verir.
Təmir işləri Pirallahı rayonunun Kamil Rzayev (2,26 kilometr), Yavər Əliyev (1,76 kilometr) küçələri və 39-cu məhəllənin yollarında aparılıb.
İşlərin aparıldığı ərazinin sahəsi 27.600 kv.m təşkil edib.
[caption id="attachment_43456" align="alignnone" width="800"] Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi[/caption]