Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan kubokunun qalibi "Sabah"ın da rəqibi bəlli olub.
Püşkatma zamanı səpələnməmişlər səbətində yer alan "Sabah" Sloveniyanın "Sele" klubuna rəqib olub.
Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-da Bakıda, cavab görüşünü isə iyulun 17-də səfərdə keçirəcək.