Pirallahı rayonunda məktəblilərin iştirakı ilə mini-futbol yarışı keçirilib. Bu haqda Bakuplus.az Pirallahı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Pirallahıda şəhidlərin əziz xatirəsinə həsr edilmiş “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini-futbol yarışı keçirilib. 186 nömrəli tam orta məktəbin stadionunda turnirin final mərhələsi baş tutub.
Finalda 1-ci yeri 186 nömrəli tam orta məktəb, 2-ci yeri 235 nömrəli tam orta məktəb, 3-cü yeri isə 168 nömrəli tam orta məktəblərin komandaları tutub. Qalib komandalara kuboklar verilib, futbolçular Fəxri Fərmanlarla təltif olunublar.
[caption id="attachment_40851" align="alignnone" width="800"] Foto Pirallahı rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]