Pirallahı adasında triatlon turniri keçiriləcək. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Azərbaycan Triatlon Federasiyasına istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq turnirində 1.9 km üzmə, 90 km velosiped və 21.1 km qaçış mərhələləri olacaq. Yarışa Türkiyə, Rusiya, İran, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Kipr, Xorvatiya, Qazaxıstan, Ukrayna, Belarus və digər ölkələrdən 100-dən çox idmançı qatılacaq.
Həmçinin Nərəkənd parkında aşağı yaş qrupları üçün də xüsusi yarış təşkil olunacaq.
Kişilər və qadınlar arasında 1-ci yerin sahibinə 2000 AZN, 2-ci yerə 1000 AZN, finişə 3-cü çatan idmançıya isə 500 AZN, eləcə də müxtəlif hədiyyələr təqdim olunacaq.