Bakının əsas prospektlərindən olan Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.
Manset.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, üzü "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən avtomobillər tunelə girişdə zəncirvari qəza törədib.
Nəticədə Ziya Bünyadov prospektindən "Koroğlu" metrostansiyası istiqamətinə gedən yol bağlanıb.
Hazırda yolun açılması üçün lazımi tədbirlər görülür.