Xəbər verildiyi kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsinə aparılıb.
Apa.az-ın Rusiya bürosunun əldə etdiyi məlumata görə, hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də “Baku Plaza”nın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.
Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.