Nizami rayonu, Əlif Hacıyev küçəsində ağaclar yay ayları olmasına baxmayaraq quruyur.
Bu barədə məlumat baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, küçədə yaşıllıq ərazi məhv olur. Yay olmasına baxmayaraq ağacların yarpaqları saralaraq tökülür.
"Bütün gün ağaclara su daşıyıram, lakin heç bir faydası yoxdur. Ağaclıq geniş olduğuna görə hamısını tək başına sulamağım da çətindir. Xahiş edirəm ki, aidiyyəti qurumlar tədbir görsünlər", - deyə şikayətçi vurğulayıb.
Sözügedən mənzərəni əks etdirən görüntüləri təqdim edirik: