Bir neçə gün əvvəl Bakıya yağan güclü yağış bitsə də, fəsadları hələ də qalmaqdadır.
Bakuplus.az-a müraciət edən paytaxt sakinləri bildirir ki, Xətai rayonu, Xocalı prospektindəki səkilər, o cümlədən yeraltı keçidlərdə hələ də yağış suları qalıb.
Sakinlərin sözlərinə görə, səkilərdən keçmək çətin olduğu üçün məcbur maşın yoluna çıxmalı olurlar.
Onlar müvafiq qurumların məsələ ilə bağlı tədbir görməsini tələb edir.