Xırdalanda Abşeron Rayon Mərkəzi Xəstəxanası yaxınlığında piyada keçidinin olmaması insanlar üçün ciddi problem yaradır.
Bu barədə Bakuplus.az-a müraciət edən sakinlər bildirir ki, səhiyyə ocağına üz tutan vətəndaşlar, xüsusilə də xəstələr və yaşlı insanlar Bakı-Sumqayıt magistralını keçməkdə çətinlik çəkirlər:
“Bura nə qədər xəstələr, yaşlılar gəlir. İnsanlar “20 Yanvar” metro stansiyasına getmək üçün ya bu “ölüm yolu”nu keçməlidir, ya da uzaqda yerləşən piyada keçidinə getməlidir”.
Məlumata görə, ərazidə bir piyada keçidi olsa da, orada da əlillər üçün pandus yoxdur, pilləkənləri isə çox hündürdür. Üstəlik, keçiddə lift də quraşdırılmayıb. Bu isə hərəkət məhdudiyyətli şəxslər və yaşlılar üçün ciddi problem yaradır.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edərək, təhlükəsiz və əlçatan piyada keçidinin təşkil olunmasını tələb edirlər.