Xəzər dənizinin Pirallahı rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev xəbər verib ki, qanunsuz balıq ovlayan şəxslərdən istifadəsi qadağan olunmuş ov alətləri, 685 ədəd müxtəlif növ balıq, 350 metr uzunluğunda sintetik tor aşkarlanaraq götürülüb. Həmçinin onlar təbiətə 7601 manat məbləğində ziyan vurublar.
Dəymiş ziyanın məbləği yüksək olduğundan faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.