Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə (“Vaqa”) azadlığa buraxılıb.
Bakuplus.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub.
Məhkəmənin qərarı ilə tiktoker barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Qeyd edək ki, tiktoker polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.