Bakının Pirallahı rayonunda Vəkillər Kollegiyasının dəstəyi ilə 13 iyul tarixində vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az məlumat verib.
Tədbir saat 12:00-da Pirallahı rayon Gənclər Evində baş tutacaq. Görüşdə iştirak etmək üçün Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva ilə (tel.: 012 594 99 85, 050 340 09 81) əlaqə saxlamaq zəruridir.
Davamlı şəkildə baş tutan ödənişsiz hüquqi yardım aksiyaları Milli Məclisin deputatı Rauf Əliyevin təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçirilir. Dəstək aztəminatlı şəxslərə şamil olunur.