Son vaxtlar Xəzər dənizi sahillərinə üz tutanlar tez-tez su ilanları ilə qarşılaşır.
Bakuplus.az xəbər verir ki, dənizdə ilanla rastlaşanlardan biri də QHT sədri Mahirə Əmirhüseynovadır.
“Facebook” hesabında məsələ ilə bağlı paylaşım edən qadın bildirib ki, hadisə Şıxov çimərliyində baş verib:
“Dünən havanın istisinə sevincək olub 6 qadın Şıxov çimərliyinə üz tutduq. Dənizdə bizdən başqa tək bir oğlan var idi. Üzdüyümüz anda İradə xanımın qoluna ilan sarıldı, təsəvvür edin, nə hala düşdük. Köməyə gələn bəy ilanın başından tutub dənizdən çıxardı. Bu adam olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik, qışqırmaqdan səsimiz də batıb.
Bu oğlan bizim qəhrəmanımız oldu. Adını bilmədiyimiz həmin şəxsə təşəkkür edirik. Allah onu qorusun!”