top
UFC əfsanəsi Bakıya heyran qaldı: Kabab və düşbərəni xüsusi qeyd edib - VİDEO
23 iyun 2025, 17:41
- +

UFC əfsanəsi Bakıya heyran qaldı: Kabab və düşbərəni xüsusi qeyd edib - VİDEO

UFC-nin Şöhrət Zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bispinq iyunun 21-də Bakı Kristal Zalında keçirilən UFC turnirinin rəsmi şərhçisi olub.

Bakı Şəhər Halqasından verilən məlumata görə, o, Bakıya səfəri çərçivəsində “YouTube” kanalında vloq da çəkib və şəhər barədə təəssüratlarını bölüşüb. UFC əfsanəsi xüsusilə Azərbaycan mətbəxinə heyran qaldığını bildirib, kabab və düşbərəni xüsusi qeyd edib. O, həmçinin Bakı küçələrinin təmizliyini və insanların mehribanlığını vurğulayıb.

Bispinq səhər qaçışı zamanı vloq çəkərək, izləyicilərinə paytaxtın mərkəzini, o cümlədən İçərişəhəri nümayiş etdirib.

“Ola bilsin ki, bir gün Bakıya səyahət etmək şansınız olacaq – mütləq tövsiyə edirəm. Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var. Burada “Formula 1” Qran-prisi keçirilir, artıq UFC də baş tutub. Azərbaycanda idmana böyük sevgi var”, – deyə Bispinq bildirib.

Qeyd edək ki, turnirdə 12 döyüş baş tutub. Əsas döyüşlər yüngül çəkidə Azərbaycan idmançısı Rafael Fiziyevlə çilili İqnasio Bahamondes və yarımağır çəkidə ABŞ təmsilçiləri Camal Hill ilə Xalil Rauntri arasında olub.

Bu döyüşlərdən R.Fiziyev və X.Rauntri qalib ayrılıblar.

Azərbaycanın digər təmsilçisi Nazim Sadıxov braziliyalı Nikolas Mottanı nokautla məğlub edib. Yüngül çəkidə mübarizə aparan digər idmançımız Tofiq Musayev isə qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub olub.

Yarışda, həmçinin Muhammad Usman (Nigeriya), Taqir Ulanbekov (Rusiya), Klaudiya Siqula (Polşa), Darya Jeleznyakova (Rusiya), Pak Çun Yon, Sok Hyön Ko (hər ikisi Cənubi Koreya), Məhəmməd Naimov (Tacikistan) və Körtis Bleyds (ABŞ) qələbə qazanıblar.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər