Tofiq Bəhramov adına Respublika stadionuna xaricdən tavan gətiriləcək. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Stadionun təmiri üçün Türkiyədən detallar gətiriləcək.
“1 böyük yırtıq qalıb. Oranın da bərpası üçün detal Türkiyədə istehsal olunacaq. Ölçüləri artıq verilib. İstehsal edilib bura gətirilənə qədər müəyyən qədər vaxt alacaq. Bu yöndə işlər gedir”, – deyə arenanın direktoru Tələt Məmmədov qeyd edib.
O, stadionun cari il keçiriləcək futbol matçlarına hazır olduğunu, qarın yağmasının heç bir mənfi təsir götərmədiyini vurğulayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda qış fasiləsindən sonra ilk oyun yanvarın 23-nə təsadüf edəcək. Həmin gün “Qarabağ” Premyer Liqanın XIX turu çərçivəsində “Araz-Naxçıvan”ı qəbul edəcək.