Bu gün Sumqayıtdan Bakıya hərəkət edən qatarda problem yaranıb.
Bu barədə qafqazinfo.az-a sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə, qatar təxminən 40 dəqiqəyə yaxın yolda qalıb.
Problemlə bağlı ADY-nin Mətbuat xidməti ilə əlaqə saxlanılıb. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, qatarın hərəkəti üçün tədbirlər görülüb: “Bu gün saat 09:18-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə sərnişin qatarı hərəkətdə olarkən Xırdalan-Biləcəri sahəsində təmas xətti qırılıb.
Qatarın hərəkəti üçün müvafiq tədbirlər görülüb, həmin sahəyə teplovoz göndərilib. Hadisənin səbəbi araşdırılır”.