top
“Şizofreniyanın diaqnozu olan əsərlər var” – Tanınmış rəssamın evindən reportaj
23 aprel 2025, 16:30
- +

“Şizofreniyanın diaqnozu olan əsərlər var” – Tanınmış rəssamın evindən reportaj

Lent.az keramist rəssam Mir Teymur Məmmədovun evindən reportajı təqdim edir.

İçərişəhərin ara küçələrindən keçib Mir Teymur Məmmədovun evinə çatırıq. Mir Teymur müəllim bizi həyətindəki eyvandan salamlayır.

Həyət və binanın divarları onun əsərləri ilə bəzədilib. Burada ədəbi cərəyanların əksəriyyətini görmək mümkündür - impressionizm, kubizm, dadaizm, modernizm, ekspressionizm, sürrealizm və sair və ilaxır.

"Bu məkan türkçülüklə bağlıdır. Tamğaları görürsüz? Hamısı türklərə aiddir" - Mir Teymur bəy əsərlərindəki türkçülük detallarından danışır.

Nəhəng divarların üçü əsərlərlə bəzədilib, birindən isə aşağıdan ta yuxarıya doğru tənəklər sarmaşır.

Turistlər gəlir. Mir Teymur bəy onlarla maraqlanır, əsərləri ilə tanış edir. Nəhayət, sıra bizə çatır:

- Bu sənətə sizdə necə həvəs yarandı?

- Bizim ailədə iki peşə baş roldadır. Biri həkimlik, digəri rəssamlıq. Baxdım ki, həkim olmaq üçün çox əzbər lazımdır, dedim, yox, mənlik deyil və qaçdım incəsənətə. Mənim anam da rəssamdır - Dilarə Məmmədova.

- Konkret olaraq təsirləndiyiniz, bunu yaradıcılığınızda hiss etdiyiniz rəssamlar olub?

- Bir şeyi qeyd edim ki, çox rəssamı tanıyıram, amma heç birinin təsirində olmamışam. Belə hesab edirəm ki, bu, plagiatdır. Biri var məktəb, bu ayrı şeydir. Analiz eləməlisən ki, rəssam bozu qaranın yanında niyə istifadə edib və ortadakı ağ nə deməkdir? Bu kimdir? - Tahir Salahov. Sonra baxırsan ki, ondan öncə bunu kim işləyib? Tahir Salahov haradan gəlib? - Moskvadan. Sərt stil deyirdilər buna. Bunlar hamısı məktəbdir. Bunları bilmək və yaddan çıxarmaq lazımdır. Pikassonun sözləridir. Onun həyatı da elə məktəbdir.

- Vinsent Van Qoq özü də bir yaponizm məktəbi keçib. Elə Van Qoq demişkən, arxadakı əsərinizin rəngləri mənə Van Qoqun "Ulduzlu Gecə" əsərini xatırlatdı.

- Bəli, bəli...

- Bu əsəri yaradanda Van Qoqdan təsirlənmisiz?

- Xeyr, bu təsirlənmə deyil, hissiyatdır.

- Nədir aralarındakı fərq?

Zınqırov səsi gəlir. Turistlərdən biri Mir Teymur müəllimin əl işlərindən olan zınqırovu tərpədir.

- Hissiyat odur ki, mən qarışqanın qaçdığını görürəm onun işlərini müşahidə edirəm. Təsir isə odur ki, mən gedib evdə onu fikirləşirəm. Hər şeyi analiz etmək lazımdır. Van Qoq rənglərin qanunlarını çox gözəl bilirdi. O böyük məktəbdir. Bunun üçün qardaşı Teoya "çox sağ ol" demək lazımdır. O, Van Qoqun ən ağır vaxtlarında yanında olub. Bilirsiz ki, onun psixi problemləri var idi.

O rəngləri o qədər analiz edib ki, bir az "o məsələ" olub. Elə götürək Edvar Munkun "Qışqırıq" əsəri özü şizofreniya xəstəliyinin diaqnozudur. Hər dəfə baxanda baş əydiyim rəssam Leonardo Da Vinçidir. Onun həyatı, fikirləri, alqoritmi bir məktəb idi.

- Mir Teymur müəllim, siz əslən bakılısız?

- Şamaxılıyam. 12-ci əsrdən Bakıda yaşayırıq. 1191-ci ildə Şamaxı dağılandan sonra Şah I Axsitan bizi bura köçürüb. 3 yer fikirləşirdi - Gəncə, Quba, ya da Bakı. Birinci Gəncəni istəyirdi, lakin sonra düşündü ki, Xəzərdən uzaq qalmaq olmaz. Bakını itirməyək. Çünki Xəzərdə iki açar var, Dərbənd və Bakı. Bu iki qala Xəzəri ovcunun içində saxlayır. Həm də İranı tutur. Bilirsiz ki, farslar həmişə bizə düşmənçilik ediblər. Satıblar bizi. Bakıda 3 divar var. Dünyada bu cür çox az şəhər olub. İndi biz o divarlardan sadəcə birini görürük. İkinci divar Mirzə Ələkbər Sabir heykəlinin yerində olub. Üçüncü isə Monolit binasının yerində olub.

- Mir Teymur müəllim, bu sənətlə məşğul olmaq üçün maddi resurs da lazımdır. Çünki istər gil, istər şirələr, soba və sair böyük xərc tələb edir. Yetərincə qazanc olur bu sahədə?

- Dünyanın müxtəlif ölkələrindən, muzeylərdən sifarişlərim olur. Sifarişlərim çox olur, amma bəzən elə sifarişlər gəlir ki, onları qəbul etmirəm.

- Necə sifarişlər?

- Milli maraqlarımıza zidd olanları...

- Bölgələrdə bu sənətin vəziyyəti necədir? Yetərincə inkişaf etdirilirmi?

- Bakıda 5 mərkəz açmışam. Şəkidə, Lənkəranda açmışam. Mənim layihəmdir. Doğrudur, pulu dövlət verib. Prezident İlham Əliyevə də demişəm bu barədə. İstəyirəm ki, bütün rayonlarda olsun. Birincisi uşaqları küçələrdən yığmalıyıq. Qoy yaradıcı işlə məşğul olsunlar. Bütün bölgələrdə, bu sənət vacibdir. Təkcə bu yox, xalçaçılıq da.

- Mir Teymur müəllim, bütün bu əsərlərin ərsəyə gəlməsi nə qədər zamanınızı alıb?

- 28 il.

- Neçə əsər olar, təxminən?

- Bilmirəm, heç bilmək də istəmirəm.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər