Milli Məclisin növbəti plenar iclası başlayıb.
Qafqazinfo.аz xəbər verir ki, son 7 plenar iclasda iştirak etməyən millət vəkili Siyavuş Novruzov bu gün keçirilən iclasa qatılıb.
Maraqlıdır ki, ötən gün saytlarda deputatın 3 aydır harada olmağı ilə bağlı yazılardan sonra o, parlamentə gəlib.
Sonuncu dəfə fevralın 3-də Milli Məclisdə olan deputat hazırda gedən müzakirələrdə iştirak edir.
Qeyd edək ki, ötən gün parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirmişdi.