Bakıda kişi maşında sevgilisini döyüb.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Xətai Rayon Məhkəməsində keçirilib.
Belə ki, təqsirləndirilən Vəli Quliyev (ad şərtidir) 1986-cı ildə Bərdə şəhərində anadan olub. O, bir ilə yaxındır ki, zərərçəkmiş Sevda Osmanova (ad şərtidir) ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Hadisə günü xəstəxanaya getdikləri zaman Sevda Vəlinin telefonunda başqa qadınla yazışmasını tutub. Bu zaman aralarında mübahisə yaranıb. Maşında əyləşdikləri zaman Vəli qadına yumruqla xəsarət yetirməyə başlayıb.
Nəticədə Vəli Quliyev Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilib.
Qadınla yazışmamı tutdu…
Məhkəmədə ifadə verən Vəli Quliyev özünü təqsirli bilib:
“Bir ilə yaxındır ki, Sevda ilə ər-arvad münasibətimiz var. Sevda bir neçə dəfə mənim ona xəyanət etdiyimi düşünüb. Buna görə aramızda mübahisələr çox olub. Hadisə günü xəstəxanada olarkən Sevda mənim telefonumda bir qadın ilə ünsiyyətdə olduğumu aşkarladı. Xəstəxanada çox adam olduğu üçün mübahisə etmədik.
Maşına oturan kimi qadın hisslərini saxlaya bilməyib, irad tutmağa başladı. Özümü cilovlaya bilməyib yumruqlamağa başladım”.
Qadının şikayəti əsasında məhkəmənin qərarı ilə Vəli Quliyev 1500 manat cərimə olunub.
Fidan İlqar